Kataloniyanın rəhbəri: “Yaxın günlərdə müstəqilliyimizi elan edəcəyik“

Kataloniyanın rəhbəri: “Yaxın günlərdə müstəqilliyimizi elan edəcəyik“ backend

Yaxın günlərdə İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edəcək.


Vilayətin rəhbəri Karles Puçdemon BBC-yə müsahibəsində deyib ki, Kataloniya rəhbərliyi bu həftənin sonu və ya növbəti həftənin əvvəli müstəqillik üçün hərəkətə keçəcək: "Bir neçə gün ərzində müstəqilliyimizi elan edəcəyik".

K.Puçdemon mərkəzi hökumətin vəziyyətə müdaxilə edərək Kataloniyada nəzarəti ələ keçirəcəyi təqdirdə hansı addım atacaqları ilə bağlı suala belə cavab verib: "Bu hər şeyi dəyişdirən bir xəta olar".

O hazırda İspaniya hökuməti ilə Kataloniya hökuməti arasında heç bir təmas olmadığını da açıqlayıb.

Virtualaz.org xatırladır ki, oktyabrın 1-də Kataloniyada İspaniyadan ayrılmaq barədə referendum keçirilib. İspaniya hökumətinin qarşı çıxdığı referendum zamanı polislə toqquşmalar zamanı 800-dən çox adam yaralanıb.