Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanan Ərdoğana xüsusi diqqət yetirilib.Türkiyə prezidentini bu səfərdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Energetika naziri Barat Albayraq, Gömrük naziri Bülənt Tüfəngçi, Daxili İşlər naziri Süleyman Soylu, Mədəniyyət naziri Numan Qurtulmuş müşayiət edir.
Qarşılanma mərasimində olduqca səmimi görünən Ərdoğan və Ruhaninin İraq kürdlərinin sentyabrın 25-də keçirdikləri müstəqillik referendumu, Türkiyə və İranın İraq sərhəddində keçirdiyi hərbi təlimlər və terror təşkilatı olan PKK-ya qarşı aparılan əməliyyatların müzakirə mövzusu olduğu bildirilir.