ABŞ 15 kubalı diplomatı ölkədən qovdu

ABŞ 15 kubalı diplomatı ölkədən qovdu backend

ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması ilə bağlı Kuba hökuməti məlumatlandırılıb.

Rəsmi Vaşinqton bu addımı Kubada çalışan amerikalı diplomatların təhlükəsizliyinin təmin olunmaması ilə əlaqələndirib.