Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub.V. Vasilyev bu vəzifəni yeni rəhbərin təyinatına qədər icra edəcək.
Yeri gəlmişkən, V.Putin V.Vasilyevlə görüşüb. Prezident görüşdə qeyd edib ki, Dağıstan Rusiyanın ən əhəmiyyətli regionlarından biridir. "Bu çox gözəl respublikadır və o gözəllik yalnız təbiətdə deyil, hər şeydən əvvəl, orada yaşayan insanlardadır", - deyə dövlət başçısı vurğulayıb.
"Bu illər ərzində Siz, necə deyərlər, ağır çəkili siyasətçi imici qazanmışınız. Siz - federal səviyyəli siyasətçisiniz və mənim fikrimcə, bu gün respublikaya məhz belə insan lazımlıdır", - deyə Rusiya prezidenti əlavə edib.