Bərzani Kərkükə gedib

Bərzani Kərkükə gedib backend

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani 25 sentyabrda keçirdiyi müstəqillik referendumundan sonra ilk ziyarətini Kərkük şəhərinə edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bərzanini Kərkükdə İraq Kürdüstan Yurdsevərlər Birliyinin baş katibinin yardımçısı və başqaları qarşılayıb. Məsud Bərzani orada peşmərgə komandirləri ilə də görüşüb.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu tanımadığını və Kərkükü Kürd Muxtariyyətinə vermək niyyətində olmadığını açıqlayıb.
Diaspora