Hindistanın Madxya-Pradeş ştatında ağır yol qəzası baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sərnişin avtobus körpüdən düşərək yanıb. Nəticədə azı 35 nəfər ölüb, 15 nəfər xəsarət alıb.Qəzaya sürücünün qəfildən idarəetməni itirməsi səbəb olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.