Türkiyə hücuma keçdi: şəhidin qisası alındı

Türkiyə hücuma keçdi: şəhidin qisası alındı backend

Diyarbəkirin Kocaköy mahalında terrorçuların hücumu zamanı şəhid olan türk əsgərinin qatilləri jandarma qüvvələrinin təqibi və əks-hücumu nəticəsində zərərsizləşdirilib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, hücumun ardından qaçan terrorçular Lice mahalının Baharlar kəndi yaxınlığında aşkar edilib və əməliyyat başlanılıb. Əməliyyat nəticəsində 5 terrorçu öldürülüb. Çox sayda təchizat və avadanlıq ələ keçirilib.

Qeyd edək ki, sentyabr ayının 26-da terrorçuların hücumu nəticəsində Türkiyə ordusu bir şəhid vermiş, daha 2 əsgəri yaralı vəziyyətdə hospitala çatdırılmışdı.