BMT: Myanmanı 500 min nəfərdən çox müsəlman tərk edib

BMT: Myanmanı 500 min nəfərdən çox müsəlman tərk edib backend

Kütləvi toqquşmalar nəticəsində Myanmadan Banqladeşə qaçan Rohingya müsəlmanlarının sayı 500 min nəfəri ötüb.


"Associated Press" xəbər verir ki, bu barədə BMT-nin bəyanatında bildirilir.

"Myanmada başlayan kütləvi qarşıdurmalardan 5 həftə sonra BMT bəyan edir ki, Banqladeşə gələn qaçqınların ümumi sayı 500 min nəfəri ötüb", - deyə məlumatda qeyd olunur. (virtualaz.org)