Türkmənlər İran katerini vurdu

Türkmənlər İran katerini vurdu backend

Türkmənistan dənizçiləri dövlət sərhədini keçən İranın balıqtutan katerinə atəş açıblar.

QAZİLƏR.AZ saytı AZNEWS.AZ -a istinadla xəbər verir ki, məlumatda deyilir ki, hadisə zamanı İranın bir balıqçısı həlak olub. Digər balıqçıların isə ələ keçirildiyi deyilir. Katerin suya batırıldığı haqda da xəbər verilir.
Digər mənbə isə insident zamanı ölənlərin olmadığını vurğulayır və bildirir ki, bütün balıqçılar Türkmənistan hüquq-mühafizə orqanlarının əlindədir.
Qeyd edək ki, ötən ilin dekbarında da buna oxşar hadisə baş verib. İranın İRNA agentliyinin xəbərinə görə Türkmənistanın hərbi gəmisi İranın balıqtutan gəmisini batırıb. Nəticədə bir balıqçı öldürülüb. Digər balıqçılar isə həbs edilib. İndiyədək o balıqçılarn taleyi haqda bilgi verilmir.
Diaspora