Əl-Bağdadi sağdır

Əl-Bağdadi sağdır backend

Bir neçə ay bundan əvvəl mətbuatda ölüm xəbəri yayılan “İslam dövləti” terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi qruplaşmanın üzvlərinə müraciət edib.

Virtualaz.org-un məlumatına görə, audioyazı terror təşkilatının təbliğatı ilə məşğul olan “Əl-Furkan” nəşrində dərc olunub.

Qeyd olunur ki, Əl-Bağdadi öz çıxışında İŞİD-lə Suriya və İraq hökumət qüvvələri arasında baş verənlərədən xəbərdar olduğunu bildirib.

Nəşr qeyd edir ki, İŞİD liderinin Şimali Koreyanın ABŞ və Yaponiyanı hədələməsindən danışması çıxışın cari ilin sentyabr ayında yazıldığının sübutudur.

Əl-Bağdadinin bundan əvvəlki audioyazısı 2016-cı ilin noyabr ayında yayılmışdı.