Türkiyənin Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Türkiyənin silahlı qüvvələrinin baş qərargahı yayıb.Məlumata görə, hücum nəticəsində 13 terrorçu məhv edilib. Əməliyyatda iştirak edən təyyarələr hərbi bazaya qayıdıblar.