Bu gün Almaniyada dəmiryol nəqliyyatı işçilərinin 6 günlük tətili başlayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu, yeni tariflə bağlı "Deutsche Bahn" konserni ilə danışıqların müsbət nəticələnməməsi ilə əlaqədardır.
GDL maşinistlərin həmkarlar ittifaqı bütün işçilərin məvacibinin 5 faiz artırılmasını, iş həftəsinin 1 saat azaldılmasını tələb edir."Deutsche Bahn" isə iyulun 1-dən məvacibin 4,7 faiz artırılmasını, eləcə də işçilərə iyunun 30-dək min avro həcmində birdəfəlik mükafatın ödənilməsini təklif edir. Maşinistlərin tarif səbətində ixtisası da mübahisə mövzusuna çevrilib.