Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz oktyabrın əvvəllərində Rusiyaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, səfər zamanı bir çox müqavilələrin imzalanacağı gözlənilir.
Qeyd edək ki, bununla da tarixdə ilk dəfə bir Səudiyyə kralı Rusiyaya səfər etmiş olacaq.