Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, qarşıdan gələn prezident seçkilərində Vladimir Putinə alternativ yoxdur.
Bu barədə “İnterfax” məlumat yayıb.“Bizim bir seçimimiz var – bu, Putindir. Bütün Rusiya xalqı 100% dəstəkləyəcək. Putin var, Rusiya var”, - deyə Kadırov “Çeçen xalqının da belə düşündüyünü” bildirib.
“Özünü ölkə prezidenti görmək istəyən digər şəxslərin vaxtı hələ çatmayıb. Bugünkü Rusiyaya Putin rəhbərlik etməli və rus xalqını öz arxasınca aparmalıdır”, - deyə Kadırov vurğulayıb.