Putin Ərdoğanla Ankarada görüşəcək - Səbəbi Çavuşoğlu açıqladı

Putin Ərdoğanla Ankarada görüşəcək - Səbəbi Çavuşoğlu açıqladı backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriyanın İdlib şəhərində terrorçuluqla mübarizə məsələsini müzakirə edəcək.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

O qeyd edib ki, Rusiya tərəfi son günlərdə İdlibdə terrorçulara zərbələr endirir, lakin bombardman zamanı qadın və uşaqlar da həlak olur.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putinin sentaybrın 28-də Ankarada görüşəcəyi barədə məlumat verilib.