Tramp yenidən İranı raket sınaqlarına görə qınadı

Tramp yenidən İranı raket sınaqlarına görə qınadı backend

ABŞ prezidenti Donald Tramp İranı yeni raket sınaqlarına və Şimali Koreya ilə əməkdaşlığa görə qınayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

Tramp bildirib: "İran indi İsrailə qədər çata bilən ballistik raket sınağını keçirib. Onlar həmçinin Şimali Koreya ilə əməkdaşlıq edirlər. Razılaşmadan çox da şey almırıq!"