Türkiyənin Şanlıurfa vilayətində suriyalı qaçqınlar və yerli əhali arasında kütləvi dava baş verib. Trend-in Türkiyənin "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 12 nəfər xəsarət alıb.
200 nəfərədək insanın iştirak etdiyi davanın səbəbləri barədə məlumat verilmir. İnsident Mardindəki qaçqınlar düşərgəsində 66 nəfər zəhərləndikdən sonra baş verib.Hadisə nəticəsində 17 suriyalı saxlanılıb.
Qeyd edək ki, Türkiyədə 1,6 milyondan çox suriyalı qaçqın sığınacaq tapıb.