İstanbulun Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsində hava limanında təyyarələrin uçuşu və enişi dayandırılıb.Ölən və xəsarət alanlar barədə məlumat verilmir.
İstanbulun Atatürk hava limanında baş verən hadisə Bakıdan aviareyslərin yerinə yetirilməsinə təsir göstərməyib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından bildiriblər.