ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İraqın Havicə mahalının İŞİD-dən geri alınması üçün əməliyyatlar başladıb.
Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Xidməti Əməliyyat Qərargahı məlumat yayıb.“İraq Silahlı Qüvvələrinin son zamanlar İŞİD-ə qarşı əldə etdiyi uğurlar, ordunun İŞİD-i yox etmək əzminin göstəricisidir”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Kərkükün qərbində yerləşən Havicə mahalı 2014-cü ildən bəri İŞİD-in nəzarətindədir.