Sarkisyanın səfəri qarşıdurmaya səbəb oldu

Sarkisyanın səfəri qarşıdurmaya səbəb oldu backend

Ermənistan prezidenti Serj Sarkisyan Yerablura səfər edərkən qarşıdurma yaranıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan xidməti avtomobilinə minərək ərazidən uzaqlaşmaq istəyərkən 2 qadın ona yaxınlaşmağa çalışıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları yüksək səslə qışqırmağa başlayan qadınların əllərindən tutaraq, onlara zor tətbiq ediblər.

“Canilər, cinayətkarlar. Öz evinizdə yeyib-içib yatırsınız, mən uşağımla küçədə qalmışam. Erməni xalqı, bizim yanımızda dayanın, burada rəhbərlik yoxdur, mənim evim yoxdur”- deyə etirazçı qadınlar qışqıraraq Sarkisyana səsləniblər.