ABŞ Şərqi silahlandırır – İrana görə

ABŞ Şərqi silahlandırır – İrana görə backend

“Fars körfəzi ölkələri ABŞ-dan onlara təcili sürətdə yeni silah sistemlərinin verilməsini tələb edəcəklər”.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Foks Nyus” telekanalı çıxış edib.

Kanalın iddiasına görə, yalnız bunlardan sonra ərəb ölkələri İranın nüvə proqramına icazə verə bilərlər:

“Burada əsas söhbət döyüş təyyarələri, raket və kəşfiyyat qurğuları olacaq. Onlar həmçinin ABŞ-dan təhlükəsizlik zəmanəti almağa çalışacaqlar. Yəni Amerika hadisələrin pis yönə istiqamətlənəcəyi zaman ərəb ölkələrinə necə dəstək verəcəyini müəyyən edəcək. Əgər bu razılıq əldə olunsa, o zaman Yaxın Şərqdə sürətli silahlanma gedəcək və bölgənin stabilliyi azalacaq”.

Qeyd edək ki, Barak Obama ərəb ölkələri liderləri ilə bu ilin mayında görüş keçirəcək.

ABŞ Konqresi isə hazırda İranla nüvə məsələsində razılığın əldə olunmasına qarşı çıxır. Parlamentarların iddiasına görə, bu razılıq İsraillə münasibətləri poza və Yaxın Şərqdəki mühitin daha da gərginləşməsinə səbəb ola bilər.
Diaspora