QAZİLER.AZ MİGNYUS.COM-a istinadla bildirir ki, ABŞ-ın Dallas şəhərində atışma baş verib.
İslama qarşı fəaliyyəti ilə dəfələrlə gündəmə gələn Amerika Azadlığı Müdafiə Təşkilatının təşkil etdiyi sərgidə əsasən Məhəmməd Peyğəmbərin mövzu olduğu karikaturalar nümayiş etdirilib. Sərgi zamanı avtomobildə olan 2 nəfər salonun qarşısında təhlükəsizlik xidməti əməkdaşlarına atəş açıb. Polis cavab atəşi açıb.Hadisədən dərhal sonra salon boşaldılıb. 10 min dollar mükafat veriləcək yarışmaya Hollandiyadan olan siyasətçi Geert Vilders də qatılıb.
Xəbər verilir ki, gözətçilər ayağından güllələnib və yaxındakı xəstəxanaya yerləşdirilib. Atəş açanlar zərərləşdiriləndən sonra polislər binanın qarşısını bağlayaraq, iştirakçıları köçürüblər.