QAZİLER.AZ Bloknot.ru-ya istinadla bildirir ki, hakerlər Ağ Evin məlumat bazasını sındıran zaman amerikanların şəxsi məlumatları da oğurlana bilərdi.
Senat komitəsinin ticarət üzrə üzvləri bildirir ki, ABŞ sakinləri məlumatların oğurlanması faktını bilməlidilər.Məlum olduğu kimi, bazar günü ABŞ-ın senator qrupu Vaşinqtona mesaj göndərərək Barak Obamadan kibercasusların komputer sisteminə daxil olaraq sakinlərin şəxsi məlumatlarına zərər verməsi faktını əhaliyə açıqlamasını istəyiblər.
Ticarət üzrə Komitənin sədri Con Tun bildirib ki , ABŞ höküməti kibercinayətkarların hücumu nəticəsində zərər çəkənlərin qarşısında məsuliyyətlidir.
Ağ Ev kiber-oğrular tərəfindən deyil, xarici casuslar tərəfindən sistemindağılmasını hesab edirlərsə, yenə də zərərçəkənlərin qarşısında məsuliyyət daşıyırlar, - deyə komitənin
sədri bildirib.
Con Tun qeyd edib ki, gizli informasiyalar sızma təhlükəsinə məruz qalmayıb, rəsmilərin və diplomatik yazışmaların qrafiki vacib məlumatlar oğurlana bilərdi.
Qeyd edək ki, aprelin 27-i Ağ Evin komputer şəbəkəsinin dağıdılmasında rus xakerlərindən şübhələnilir,- deyə Ağ Evin nümayəndəsi bəyanatla çıxış edib. Qeyd edək ki, son zamanlar kiberməkanda ruslarda olan fəallıq artmışdır və bununla bağlı ABŞ müəyyən tədbirlər görməyə başlayıb.
Aydan Əlizamanlı