Haaqa məhkəməsi Serbiyanın xorvatlara qarşı soyqırımı törətmədiyi barədə qərar çıxarıb

Haaqa məhkəməsi Serbiyanın xorvatlara qarşı soyqırımı törətmədiyi barədə qərar çıxarıb backend

Haaqada yerləşən BMT-nin Beynəlxalq Cinayətlər Məhkəməsi ötən əsrin 90-cı illərində Serbiyanın xorvatlara qarşı soyqırımı törətmədiyi barədə qərar çıxarıb.

QAZİLƏR.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, Haaqa məhkəməsi Serbiyanın Xorvatiyada irimiqyaslı cinayətlər törətdiyi, lakin bunun soyqırımı olmadığı qənaətinə gəlib.
Məhkəmə qərarını sədr Peter Tomka oxuyub.
Qeyd edək ki, 1999-cu ildə məhkəməyə müraciət edən Xorvatiya Serbiyanı dinc vətəndaşlara qarşı soyqırımı siyasətini yürütməkdə ittiham edib və Belqraddan təzminat tələb edib. Serbiya isə 2012-cu ildə Xorvatiyaya qarşı məhkəmədə iddia qaldıraraq, Zaqrebi 239 min serbi sürgün etməkdə günahlandırıb.

Xatırladaq ki, sözügedən müharibə 1991-95-ci illərdə baş verib və Xorvatiyanın keçmiş Yuqoslaviya İttifaqından çıxması ilə nəticələnib. Müharibə illərində 20 mindən çox insan öldürülüb.
Diaspora