Nepalda yeni zəlzələ

Nepalda yeni zəlzələ backend

Dağıntı və təlafat haqqında məlumat yoxdur.

On gün öncə dəhşətli zəlzələ nəticəsində tarixinin ən böyük dağıntısı ilə üz-üzə qalan Nepalda yenidən təkanlar qeydə alınıb.

Qaziler.az Anspress.com-a istinadən verdiyi məlumata görə, ABŞ geologiya xidmətinin məlumatına görə, bu gün qeydə alınan təkanların gücü 4,1 bal olub.

Təkanların episentri paytaxt Katmandudan 56 km aralıda 10 km dərinlikdə olub. Hələlik təlafat və dağıntı haqqında ətraflı məlumat yoxdur.

Xatırladaq ki, Nepalda ilk güclü təkanlar may ayının 25-də baş verib. Dağıdıcı zəlzələ nəticəsində yüzlərlə ev, bina dağılıb. İki gücülü təkandan sonra qeydə alınan 11 zəlzələ Everestdə qar uçqunlarına da səbəb olub.

Təbii fəlakət 7000 insanın ölümünə, minlərlə adamın yaralanmasına səbəb olub. Dünyanın onlarla ölkəsi, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib.
Diaspora