"Forbes": "Sanksiyalara baxmayaraq, o, həmişə ayaq üstədir"
Qərb Rusiyanı iqtisadi sanksiyaların mühasirəsinə salsa da, amma istədiyi və gözlədiyi nəticəni əldə edə bilmədi.ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın "Forbes" jurnalı yazıb.
Ekspertlərin fikrincə, müqayisə etdikdə, Rusiyada ümumi daxili məhsulun həcmi artır, inflyasiya aşağı düşür, amma ABŞ-da əksinədir.
Qərb mətbuatının Rusiyada investorlar üçün şəraitin olmaması barədə təhrifedici yazılara baxmayaraq, həqiqətdə, bu ölkə sərmayədarlar üçün cazibədarlığını qoruyur.
"Forbes" yazır: "Onlar düşünürdülər ki, Rusiyada iqtisadiyyat çökəcək, xarici borc 14 faiz artacaq, ölkə daha ağır vəziyyətdə düşəcək, sarsıntılar olacaq, bazarlar uçacaq. Ancaq Rusiya həmişə ayaq üstə durur."
Bundan əvvəl, Çexiya prezidenti Miloş Zeman bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli deyil. Avstriya kansleri Verner Fayman da sanksiya qərarını ağılsızlıq adlandırıb.