Hətta Rusiya Minsk razılaşmalarını yerinə yetirib, Donbası Ukraynaya geri versə belə, biz Krıma görə tətbiq edilmiş sanksiyaları ləğv etməyəcəyik.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker söyləyib.
“Rusiyaya qarşı sanksiyalar Ukraynanın Krım və Donbas üzərində hüquqları bərpa olunana qədər davam edəcək. Rusiya bu torpaqları utanmaz şəkildə oğurlayıb”, – deyə o bildirib.