İraq Kürd Muxtariyyətində təşkil ediləcək referendum Türkiyə üçün milli təhlükəsizlik məsələsidir.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
“Bu məsələ ilə bağlı istənilən addımları atacağıq və buna heç kimin şübhəsi olmasın”, - baş nazir bildirib.
Qeyd edək ki, referendumun 25 sentyabr tarixində baş tutması gözlənilir.