İstanbulun 8 rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən anti-terror əməliyyatı nəticəsində 74 nəfər tutulub.
Qaziler.az “Report”-a istinadən xəbər verir ki, onların 73-ü xarici ölkə vətəndaşıdır.
Əməliyyat əvvəldən müəyyən edilən 15 ünvanda keçirilib.
Məlumata görə, xarici ölkə vətəndaşları Türkiyədən deprotasiya ediləcəklər. Türkiyə vətəndaşı olan bir şübhəlinin istintaqı isə davam edir.