Bu ilin may ayının 24-də vəzifələrinin icrasına başlamış Ekvador prezidenti Lenin Moreno öz iş kabinetində gizli kamera aşkarlayıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Moreno özünün "Twitter” mikrobloqunda yazıb: "Təəccüblənmişəm və əsəbiyəm! Mənim kabinetimdə gizli kamera”.Prezidentin fikrincə, bu, onun şəxsi həyatının toxunulmazlığının pozulmasıdır.
Prezidentin mühafizə idarəsindən bildirildiyinə görə, kamera hələ prezident Rafael Korreanın dövründə - 7-8 ay bundan əvvəl quraşdırılıb və kabinetin interyerinin bir hissəsi kimi sənədlərdə qeydə alınıb.