Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi

Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi backend

Avropa Məhkəməsi Alik Matevosyanın Ermənistana qarşı işi üzrə yekun qərar qəbul edib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, məhkəmə qərarına görə, dövlət şikayətçinin Ermənistanda üzləşdiyi pis rəftarla əlaqədar iddiasına Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olan prosedur baxımından effektiv istintaq aparmayıb.

Ermənistan höküməti şikayətçiyə 6000 avro ödəməlidir. İddia ərizəsi 2009-cu ildə verilib.

Qeyd edək ki, Alik Matevosyan hərbi hissələrdən birində baş operator kimi qulluq edib və 2008-ci ildə hərbi qulluqçu yoldaşının öldürülməsində günahlandırılaraq mühakimə edilib.