Türkiyədən Kürdüstan açıqlaması: “Məmnunuq...”

Türkiyədən Kürdüstan açıqlaması: “Məmnunuq...” backend

Türkiyə Xarici İşlər Nazirliyi İraq Məclisinin Kürd Muxtar Vilayətinin keçirmək istədiyi müstəqillik referendumunu rədd etməsinə münasibət bildirib.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, açıqlamada Türkiyənin İraq Məclisinin bu qərarından məmnunluq duyduğu bildirilib:

“Məclisin qərarından məmnunuq. İraq Kürd Muxtar Vilayəti referendum məsələsində israr etsə, bunun cavabı ağır olacaq. Rəhbərliyi bu yanlış referendum qərarından daşınmağa çağırırıq”.

Qeyd edək ki, Kürdüstanda müstəqillik referendumunun 25 sentyabr tarixində keçirilməsi nəzərdə tutulub. İraq Məclisi sözügedən referendumun qanunsuz olduğunu və rədd edildiyini açıqlayıb.