Türkmənistan "Cənub Qaz Dəhlizi"nə qoşulma sadiqliyini təsdiq edib. Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç "Twitter" səhifəsində Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistanın energetika nazirlərinin və Avropa İttifaqının (Aİ) nümayəndələrinin görüşünün yekunu ilə bağlı yazıb.
O, Aşqabadda keçirilmiş görüşü əməkdaşlığın davam etdirilməsi üçün stimul adlandırıb.Qeyd edək ki, Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Aİ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə yanacaq-enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.