Birləşmiş Millətlər Təşkilatı tərəfindən Saakaşvilinin fəaliyyətinə nəzarət olunur.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
BMT-nin İnsan Hüquqları üzrə Missiyası Ukrayna sərhədindən qanunsuz olaraq ölkəyə daxil olan Odessa əyalətinin keçmiş qubernatoru Saakaşvilinin ətrafında cərəyan edən hadisələrin monitorinqini həyata keçirir.
Qeyd edək ki, bir qədər əvvəl Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarları ilə birliktə Ukrayna-Polşa sərhədindən ölkəyə daxil olub.