Rusiya və Belarusun keçirəcəyi “Qərb-2017” hərbi təlimi NATO-nun provokasiyaya çəkilməsinə bənzəyir.
Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Britaniya Müdafiə naziri Maykl Fellon söyləyib.“Rusiya bizi yoxlayır. Bizim qarşımızda daha aqressiv Rusiya dayanır və biz onunla bacarmalıyıq. Ona görə də NATO güclü olmalıdır”, – deyə o bildirib.