İŞİD terror qruplaşmasının silahlıları İraqın şimalındakı Tall-Afar şəhərində 50-dən çox dinc sakini edam edib.
Lent.az-ın məlumatına görə, belə bir açıqlamanı EFE agentliyinə Kürdüstan Milli İttifaqı adlı qurumun liderlərindən olan Xukar Yaf verib.Məlumata görə, istisna deyil ki, girov götürülən həmin sakinlər silahlılara əlavə yük olduğu üçün güllələniblər. Çünki ABŞ başda olmaqla koalisiya qüvvələrinin bombardmanları başlayandan sonra onlar yaşayış məntəqələrindən qaçmaq zorunda qalıblar.
Az öncə koalisiya təyyarələrinin İŞID mövqelərinə 31 hava zərbəsi endirməsi haqda xəbər yayılmışdı.