“İrma” qasırğası Sankt-Peterburqa çatır

“İrma” qasırğası Sankt-Peterburqa çatır backend

“İrma” qasırğası bir neçə saatdan sonra Forida ştatının Sankt-Peterburq şəhərinə çatacaq. RİA Novosti bildirir ki, bu barədə ABŞ-ın Milli Meteorologiya Xidməti məlumat yayıb.


Qurumun məlumatına görə, qasırğa şəhərə çatdıqdan sonra onun gücü 4-cü səviyyəyə çatacaq. Bundan sonra “İrma” şimala, Tallaxassi şəhərinə tərəf yönələcək.

Bir gün əvvəl Floridanın qubernatoru Rikk Skott ştat sakinlərini təxliyə edilməyə çağırıb. Çünki "İrma" qasırğası olduqca sürətlə yaxınlaşır və insanlar təxliyə edilməyə vaxt çatdırmırlar.

Onun sözlərinə görə, təbii hadisə üç metr hündürlüyündə dalğaların yaranmasına səbəb olacaq. Skott əlavə edib ki, əgər belə dalğa evi örtəcəksə, onda orada olan insanlar sağ qalmayacaqlar. O həmçinin vurğulayıb ki, artıq onları təcili xidmətlər belə xilas edə bilməyəcək.