Saakaşvilinin olduğu qatarı Ukraynaya buraxmırlar

Saakaşvilinin olduğu qatarı Ukraynaya buraxmırlar backend

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi Mixail Saakaşvili şənbə günü bəyan etdiyi kimi, bu gün “Krakovets” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gəlməyə cəhd edib.


Saakaşvili Polşanın Pşemışlya vağzalında Lvovdan keçməklə Kiyevə qədər gedən qatara minib. Amma qatar yerindən tərpənməyib.

Səsgücləbirici vasitəsilə Gürcüstanın sabiq prezidentindən qatarı tərk etməsini xahiş ediblər: "Bizim qatarda Ukrayna ərazisinə giriş hüququ olmayan şəxs var. olur. O, qatarı tərk etməyincə, biz yerimizdən tərpənməyəcəyik”.

"İnterfaks-Ukrayna" xəbər verir ki, baş verənlərə Mixail Saakaşvili özü də münasibət bildirib.

"Təsəvvür edirsiniz, biz hansı vəhşilərlə işləyirik? Məni sovet vaxtı metodu ilə vətəndaşlıqdan məhrum etmək vəhşilik idi. Amma xarici ərazidə bütöv qatarı dayandırmaq, Avropa İttifaqında, yüzlərlə sərnişinlə... Siz nə vaxtsa beləsini görmüşdünüz?…", — deyə qatarda öz ailəsi, tərəfdarları və jurnalistlərlə birlikdə olan Saakaşvili bildirib.

"Prezident Poroşenko dəmir yoluna Polşa ərazisində qatarı dayandırmağı əmr edib… Onlar bir nəfəri Ukraynaya buraxmamaq üçün bütün sərnişinləri girov götürüblər.Bu ki vəhşilikdir”, — sabiq-qubernator bir daha vurğulayıb.