Türkiyədən Almaniya xəbərdarlığı: Qanlı olaylar...

Türkiyədən Almaniya xəbərdarlığı: Qanlı olaylar... backend

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyada seçkilərdən əvvəl yaranan abu-havanın gətirəcəyi təhlükələrlə bağlı bu ölkədə yaşayan türklərə xəbərdarlıq edib.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, nazirlik yaydığı açıqlamada əvvəlki olayları xatırladaraq vətəndaşlarını diqqətli olmağa çağırıb.

“Almaniyada yaşayan və bu ölkəyə səyahət etməyi planlaşdıran türk vətəndaşları, sizdən tədbirli olmağınızı, xarici düşmənin irqçi davranış və hücumlarına qarşı ehtiyatlı hərəkət etməyinizi xahiş edirik. Hamımız bilirik ki, bu ölkədə əcnəbilərin, xüsusən türklərin yaşadığı yerlərdə “səbəbsiz” yanğınlar baş verib, ölümlə nəticələnən qanlı olaylar yaşanıb”, - nazirliyin açıqlamasından qeyd edilib.