Suriyada terrorçular tərəfindən dağıdılan iri əczaçılıq zavodunun işi bərpa edilib.
"Report" xəbər verir ki, bu barədə kompleksin sahibi Ömər Aysueti məlumat verib.
"Suriyada hərbi əməliyyatlar başlayandan və terrorçuların bu rayona gəlişindən sonra bizim istehsal dayandı, terrorçular zavodu dağıtdılar, bir çox dəzgahlar yandırıldı. Biz 40-dan çox tibbi preparat istehsal edirdik", — deyə RİA "Novosti" Aysuetinin sözlərini sitat gətirir.