Qazax məmurdan nümunə olacaq davranış

Qazax məmurdan nümunə olacaq davranış backend

Qazaxıstan Aktyubinsk vilayətinin rəhbəri Berdıbek Saparbayevlə rus dilində danışan qadın arasında münaqişə yaşanıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, konflikt siyasətçinin görüşlərindən birində yaşanıb. Belə ki, qazax dilində danışan siyasətçi onun nitqinin rus dilinə tərcümə edildiyini müşahidə edib. Bundan sonra Saparbayev tərcümənin dayandırılması haqqında tapşırıq verib.

“Siz qazax dilini bilmirsiniz? Dövlət dili hansıdır? Qazax dili dövlət dilidir, rus dili isə millətlərarası ünsiyyət vasitəsidir. Ona görə də çalışmaq lazımdır ki, dövlət dilini biləsiniz. Mən yerli məktəblərdən birini ziyarət etdim və orada 5 ildir ki, Qazaxıstanda işləyən amerikalı müəllim var idi. O, demək olar ki, qazax dilini yüksək səviyyədə bilirdi. Amerikalı mənə yaşadığı ölkənin dövlət dilini bilməli olduğunu söylədi. Bizim vətəndaşlar Çində yaşayanda Çin dilində, ABŞ-da yaşayanda ingilis dilində danışırlar. Yaşadığınız ölkəyə hörmət etməlisiniz”, – deyə vilayət rəhbəri qadına müraciətində söyləyib.

Qeyd edək ki, ruslar Qazaxıstanda qazaxlardan sonra ən çox üstünlük təşkil edən millətdirlər. Moskva dəfələrlə burada rus dilinə dövlət dili statusu almağa cəhd etsə də, buna nail ola bilməyib.