Rusiyanın Leninqrad vilayətində poliqonda baş verən partlayış zamanı bir hərbçi həlak olub.
Qaziler.az Qazeta.ru-ya istinadən bildirir ki, Leninqrad vilayətində hərbi poliqonda təlim zamanı partlayış baş verib.Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, buna səbəb tank mərmisinin partlamasıdır.
Hadisə nəticəsində bir hərbçi ölüb, beş nəfər yaralanıb. Yaralılar tibb məntəqəsinə yerləşdirilib. Yerli KİV-in yazdığına görə, yaralılardan birinin vəziyyəti ağırdır, onun əli amputasiya oluna bilər. Xəsarət alan digər hərbçi döşündən qəlpə yarası alıb. O, əməliyyat olunacaq.