Türkiyədə qanlı terrorun qarşısı alındı

Türkiyədə qanlı terrorun qarşısı alındı backend

Türkiyənin Mersin şəhərində polis mərkəzini partlatmaq istəyən şəxs saxlanılıb.

AzVision.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, onun üzərindən 3 kq yaxın partlayıcı maddə aşkarlanıb.

Qeyd olunub ki, partlayışı törətmək istəyən şəxs 3 ildir Türkiyədə yaşayan, İŞİD terror təşkilatının üzvü, 19 yaşlı Suriya vətəndaşıdır. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.