Qəraib hövzəsində yerləşən Sen-Marten adasının 95%-i son illərin ən güclü qasırğası hesab edilən “İrma”nın təsirindən dağılıb.
Virtualaz.org “Associated Press”ə istinadən xəbər verir ki, adadakı Şahzadə Yuliana beynəlxalq hava limanı böyük xəsarət alıb.“Bu, dəhşətli faciədir. Adanın 95%-i dağılıb. Mən şokdayam”, - “Radio Caribbean International”ın efirində terli hakimiyyətin nümayəndəsi Daniel Gibbs deyib.