Rusiya qitəmiqyaslı müharibəyə başlamağa hazırlaşır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın qitəmiqyaslı müharibəyə hazırlaşması barədə sübutlar getdikcə daha da artır. Prezident bu fikrini “Qərb-2017” təlimlərinin keçirilməsi ilə əlaqələndirib. Poroşenko təlimlərdən sonra rus qoşunlarının Belarusda saxlanılmasından narahatlığını dilə gətirib.
Qeyd edək ki, “Qərb-2017” təlimləri sentyabrın 14-20 tarixləri arasında Belarusda və Rusiyanın 3 poliqonunda keçiriləcək.