Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın telefon danışığında Koreya yarımadasında yaranmış vəziyyət müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikasının bir neçə gün əvvəl reallaşdırdığı hidrogen bombası sınağından sonra yarımadada vəziyyət gərginləşib.