Rusiya və Ermənistan hava hücumundan müdafiə ilə bağlı Vahid Regional Sistemin tərkibinə daxil olacaq qüvvələri müəyyən ediblər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Kosmik Qüvvələri komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko söyləyib. O, hazırda hava hücumundan müdafiə ilə bağlı Vahid Regional Sistemin yaradılması müqaviləsinin reallaşdırılmasına başlanıldığını bildirib.Qeyd edək ki, bu müqavilə 2015-ci ildən imzalanıb. Müqavilənin müddəti 5 ildir və tərəflərin istəyinə uyğun olaraq 5 il də uzadıla bilər.