Türkiyənin Ədirnə şəhərində 477 miqrant saxlanılıb. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, saxlanılanlar qanunsuz yolla Yunanıstana keçmək istəyiblər.
Məlumata əsasən, saxlanılanlar Suriya, Əlcəzair, Pakistan, Əfqanıstan, İran, Myanma, Fələstin, Hindistan və Banqladeş vətəndaşlarıdırlar.