ABŞ Suriyada hakim rejimi dəyişmək üçün İŞİD-dən istifadə edib. Axar.az xəbər verir ki, bu barədə Hizbullah liderinin köməkçisi Şeyx Naim Qasım danışıb.
“Amerika İŞİD-dən Suriyaya qarşı istifadə etmək istəyirdi. Onların əsl niyyəti Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq idi. Sonradan isə həmin canavar onların özlərinə qarşı çevrildi. Nəhayət, onların İŞİD-ə qarşı vuruşmaqdan başqa şansı qalmadı”, - Şeyx Naim Qasım bildirib.
Hizbullah liderinin köməkçisi prezidentin xalqın iradəsini təmsil etdiyini və ona qarşı istənilən mənfi addımın Hizbullah tərəfindən qəbul edilməyəcəyini qeyd edib.