Rusiya ölkədəki ABŞ diplomatik missiyasının daha 155 üzvünü geri göndərə bilər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.Putin qeyd edib ki, Rusiyanın buna haqqı çatır, lakin hələlik bunu etməyəcək: "Ciddi danışsaq, əgər tam paritetdən söhbət gedirsə, o zaman Moskvada 455 nəfər, daha 155 nəfər az ABŞ diplomatı qalmalıdır.
Çünki bizim ABŞ-dakı diplomatik nümayəndəliklərimizdə olan diplomatların sayı BMT-dəki daimi nümayəndəlikdə çalışanlarla birlikdə 455 nəfərdir. BMT-dəki diplomatlarımız isə Rusiya-ABŞ münasibətləri ilə məşğul olmurlar".